Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona" Rafinyanı satmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Neom"un 120 milyon avro məbləğində təklifi geri çevrilib.
"Fichajes.net"-in məlumatına görə, təklif 100 milyon avro sabit ödəniş və əlavə 20 milyon bonusdan ibarət olub. Lakin kataloniyalılar danışıqlara girməyərək braziliyalı üçün təklifin şərtlərini müzakirə etməyib.
Rafinya 2022-ci ildən bəri "Barselona"nı təmsil edir. O, "Lids"dən 58 milyon avro qarşılığında transfer olunub.
Ulduz futbolçu bu mövsüm bütün yarışlarda 19 oyun keçirib, 11 qol vurub və 5 assist verib.
Mirağa