Barselona 150 milyonluq hücumçunu hədəfə aldı: Amma bir əngəl var

15.01.2025

Publika.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona" qol silahı Robert Levandovskinin yerinə ulduz forvard almaq istəyir.

Publika.az xəbər verir ki, Kataloniya klubu "Nyukasl"ın hücumçusu Aleksandr İsakla ciddi maraqlanır. "Sağsağanlar"ın isveçli futbolçuya yüksək qiymət - 150 milyon avro qoyması transferin reallaşmasına mane olan yeganə amildir.

"Barsa"nın daha qənaətcil variantı da var. Söhbət "Leypsiq"də çıxış edən hücumçu Benjamin Şeşkodan gedir.

Qeyd edək ki, bu mövsüm İsak 22 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Heybət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью