Barselona 17 yaşlı futbolçunu transfer etmək istəyir

21.02.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İspaniyanın "Barselona" komandası Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Covanni Kendanı transfer etmək istəyir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisinin xidmətlərində maraqlıdır. Artıq klub rəhbrəliyinin vingerin agenti ilə əlaqə saxladığı bildirilib.

"Barselona"dan başqa, İngiltərənin “Mançester Yunayted” komandası da gənc oyunçunu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Covanni Kenda bu mövsüm “Sportinq”in heyətində 22 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью