Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kataloniya nəhəngi "Barselona" gənc istedadları heyətinə qatmaq siyasətini davam etdirərək mühüm bir uğura imza atıb.
Fanat.Az xəbər verir ki, "Barsa" Belçikanın "Genk" klubunda çıxış edən 18 yaşlı müdafiəçi Yuvensli Onşteynin transferi ilə bağlı tam razılıq əldə edib.
Gənc futbolçu artıq klub üçün tibbi müayinədən də uğurla keçib. Xüsusilə vurğulanmalıdır ki, "Barselona" bu transfer yarışında İtaliyanın nəhəng klubu "AC Milan"ı geridə qoymağı bacarıb. Onşteynin müdafiə xəttindəki soyuqqanlılığı və texniki bacarığı onu Avropanın ən perspektivli gənclərindən biri kimi xarakterizə edir.
İspaniya mətbuatının verdiyi məlumata görə, futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.
Kamil Xudiyev