Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Köln” klubunun futbolçusu Saidu El-Mala karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” 19 yaşlı vingerin xidmətində maraqlıdır. Bu barədə “Sport.es” saytı məlumat yayıb. Kataloniya klubu mövsümün sonuna kimi futbolçunu izləyəcək.
Saidu bu mövsüm Bundesliqada 10 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. “Transfermarkt”da futbolçunun dəyəri 18 milyon avrodur.