“Barselona” 2 futbolçunun qeydiyyatını tamamlayıb

03.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Barselona" Daniel Olmo və Pau Viktorun qeydiyyatı ilə bağlı rəsmi açıqlama yayıb.

Apasport.az xəbər verir ki, klubun rəsmi saytı futbolçuların qeydiyyatının ləğv olunmayacağı bildirilib.

Açıqlamada Yüksək İdman Şurasının (CSD) klubun Olmo və Viktorla bağlı apelyasiyanı təmin etdiyi vurğulanıb. Şura ilə İspaniya Futbol Federasiyası və La Liqa arasındakı təşkil olunmuş komitə futbolçuların qeydiyyatını təsdiqləyib.

Yanvarın 8-də qəbul olunmuş qərarın oyunçulara peşəkar karyerasını davam etdirmək üçün hər hansı problem yaratmadığını bildirilib.

Qeyd edək ki, İspaniya mətbuatında Daniel Olmo və Pau Viktorun qeydiyyatının qaydalara uyğun olmadığı üçün ləğv ediləcəyi xəbərləri yayılmışdı.

Lukaku "Napoli"dən ayrılacaq - Vətəninə dönür "Fənərbaxça" - "Trabzonspor" matçının hakimi bəlli olub Derbi bitdi, həbslər başladı: 43 nəfər saxlanılıb PSJ-nin finaldakı rəqibi bəlli olub Kerem Aktürkoğlundan möhtəşəm performans - VİDEO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью