Barselona 24 oyundan sonra uduzub 2025 ci ildə İLK

16.04.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona" 2025-ci ildə ilk məğlibiyyətini Çempionlar Liqasında yaşayıb.

İdman.biz xəbər verir ki, Kataloniya təmsilçisi turnirin 1/4 finalının cavab matçında "Borussiya"ya uduzub.

Dortmundda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ümumiyyətlə, "Barselona" 24 oyundan sonra məğlubiyyət acısı yaşayıb. Hans-Diter Flikin komandası bu müddətdə 20 qələbə qazanıb, 4 dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, ilk oyunda 4:0 hesabı ilə qalib gələn ispanlar yarımfinala yüksəliblər. Onların bu mərhələdəki rəqibi "İnter" - "Bavariya" (2:1) cütünün qalibi olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью