“Barselona” 250 milyon avroya “yox” dedi

18.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Barselona” gənc oyunçusu Lamin Yamal üçün təklif alıb.

Futbolpress.az xəbər verir ki, PSJ 16 yaşlı vinger üçün Kataloniya klubuna 250 milyon avro təklif edib. Bu barədə EFE agentliyi məlumat yayıb. “Barselona” parislilərin təklifini rədd edib.

Yamal kataloniyalıların yetirməsidir. Onun klubla sözləşməsi 2026-cı ilin yayına kimidir.

16 yaşlı futbolçu İspaniya yığması ilə Avro-2024-də 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью