Barselona 3 xalı 3 qolla qazandı

28.03.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə İspaniya çempionatının 27-ci turunun təxirə salınmış matçında lider "Barselona" "Osasuna" ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, kataloniyalılar 3 xalı 3 qolla qazanıb.

Ferran Torres, David Olmo və Robert Levandovskinin qollarıyla qələbə qazanan "Barselona" xallarının sayını 63-ə çatdırıb.

Beləliklə, "Real Madrid"i 3 xal qabaqlayan Hansi Flikin yetirmələri vahid lider kimi turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xatırladaq ki, La Liqanın 27-ci turunda keçirilməsi nəzərdə tutulan "Barselona" - "Osasuna" matçı meydan sahiblərinin həkiminin oyundan əvvəl vəfat etməsi səbəbindən təxirə salınmışdı. 

“Milan”ın yeni transfer hədəfi Osimhenə Premyer Liqadan növbəti müştəri “Real” gənc müdafiəçisi ilə müqavilə yeniləyəcək “Liverpul” Aleksandr-Arnoldun əvəzedicisini tapdı Amorim keçmiş yetirməsini transfer etmək istəyir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью