Barselona 33 yaşlı futbolçusu ilə bağlı son qərarını verdi

22.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Barselona" müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçusu İnyiqo Martineslə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, artıq tərəflər arasında razılıq əldə edilib. Mənbə 33 yaşlı mərkəz müdafiəçisinin yaxın günlərdə müddəti 2026-cı ilin yayına qədər nərdə tutulan anlaşmaya qol çəkəcəyini bildirib.

Qeyd edək ki, İspaniya millisinə də çağırılan Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. Arxa xətt oyunçusu bu mövsüm Kataloniya təmsilçisinin forması ilə 30 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью