Barselona 4 vingerdən birini transfer edəcək ADLAR

31.05.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" klubu hücumun sol cinahını gücləndirmək üçün bir neçə variantı götür-qoy edir. 

Fanat.Az xəbər verir ki, bu barədə kluba yaxınlığı ilə tanınan insayder Raşad Rahman məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubunun siyahısında hazırda dörd vinger var. 

Söhbət "Liverpul"lu Luis Dias, "Mançester "Yunayted"li Markus Raşford, "Bayern Münhen"li Kinqsli Koman və "Arsenal"lı Qabriel Martinellidən gedir. Mənbə Dias və Raşfordun prioritet, Koman və Martinellinin isə ehtiyat variant olduğunu bildirib.

Xatırladaq ki, “Barselona” mövsümü 88 xalla zirvədə tamamlayıb və əzəli rəqibi “Real Madrid”i 2 xal qabaqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью