“Barselona” 45 milyonluq müdafiəçi alır

17.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Natan Bernardo de Souzanı heyətinə qatmağa hazırlaşır.

Moderator.az “Fussball News” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deku 25 yaşlı müdafiəçinin transferi ilə bağlı onun nümayəndələri ilə danışıqlar aparıb.

Hazırda İspaniyanın “Real Betis” klubunda çıxış edən mərkəz müdafiəçisi “Barselona”nın uzun müddətdir maraq dairəsindədir.
Natan ilə İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” klubları da maraqlanır.

Mənbənin məlumatına görə, “Real Betis” 2030-cu ilin iyununa qədər müqaviləsi olan futbolçunun transferindən 40-45 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, Natan Bernardo de Souza cari mövsümün La Liqada meydana çıxdığı 7 oyunda 1 qol ilə yadda qalıb. UEFA Çempionlar Liqasında isə 2 matçda forma geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью