“Barselona” 602 avro cərimə ödəyəcək

28.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

İspaniya Futbol Federasiyası “Barselona”nı cərimələyib.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçu Yulian Alvareslə klubunun icazəsi olmadan danışıqlar apardığı üçün cəzalanıb. “Barselona” bu səbəbdən 602 avro cərimə ödəyəcək.

Kataloniyalılar yay transfer dönəmində Alvareslə danışıqlar aparmış, onu transferə razı salmışdı. Lakin “Atletiko” oyunçu üçün yüksək məbləğ tələb etmiş və keçid baş tutmamışdı.

Yulian bu mövsüm La Liqada 6 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью