Barselona 7 il idi ki, bu nəticəni reallaşdıra bilmirdi

13.04.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Barselona" son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi bu nəticəni La Liqanın XXXI turu çərçivəsində keçirilən matçda "Leqanes"i 1:0 hesabı ilə yenərək reallaşdırıb.

"Blauqrana" 2025-ci ildə 20 qələbə və 4 heç-heçə ilə yadda qalıb. "Barselona" son dəfə 2017/2018 mövsümündə Ernesto Valverdenin rəhbərliyi altında 29 matçda (23 qələbə və 6 heç-heçə) uduzmayıb.

Qeyd edək ki, hazırda 70 xalı olan İspaniya nəhəngi turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью