Barselona 74 illik rekordu qırdı | Icma.az
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Srvena Zvezda" ilə matçı "Barselona" üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb. "Barselona" ötən gecə "Srvena Zvezda"ya 5:2 hesabı ilə qalib gəlib.
Komanda cari mövsümdə ilk 16 oyunda vurduğu qolların sayını 55-ə çatdırıb.
Bununla da Kataloniya təmsilçisi 74 illik klub rekordunu yeniləyib.
"Barselona"nın indiyədək mövsümün startında 16 matça vurduğu ən çox qol sayı 54-ə bərabər idi. Bu nəticə 1950/51 mövsümündə qeydə alınmışdı.
Əlavə edək ki, "Barselona" hazırda ÇL-in turnir cədvəlində 10 xalla 6-cıdır, La Liqada isə 33 xalla liderdir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu