“Barselona” Afrika nəhəngi ilə qarşılaşacaq

25.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

​“Barselona”nın 61-ci Joan Qamper Kubokundakı rəqibi bəlli olub.

Futbolpress.az xəbər verir ki, katalonlar bu turnirdə Misirin “Əl-Əhli” klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 19-da baş tutacaq.

1907-ci ildə yaradılan və Afrika qitəsinin ən titullu klubu hesab olunan Qahirə təmsilçisi bu turnirdə iştirak edəcək ilk Misir və Afrika komandası kimi tarixə düşəcək.

İki klub sonuncu dəfə 2007-ci ildə “qırmızı qala”nın 100 illik yubileyi münasibətilə Qahirədə keçirilən yoldaşlıq matçında üz-üzə gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью