Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Bayer 04"ün müdafiəçisi Conatan Tanı transfer etmək istəyir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar 25 yaşlı oyunçunu cari mövsümün sonu azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır.
Onun leverkuzenlilərlə müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Conatan Ta 10 ildir "Bayer 04" komandasının şərəfini qoruyur. O, cari mövsüm 23 görüşdə iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.