Barselona Almaniya millisinin üzvünə təklif göndərdi

06.12.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın “Bayer” (Leverkuzen) komandasının futbolçusu Conatan Ta karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Barselona” ilə danışıqlara başlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya təmsilçisi oyunçunun özü və meneceri ilə görüşüb.

“Barselona”ya keçmək istəyən futbolçu “Bayer”lə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, Almaniya millisinin heyətində 32 oyunda meydana çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью