Barselona almaniyalını keçidə razı saldı

05.12.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Bayer"(Leverkuzen) və Almaniya millisinin müdafiəçisi Conatan Ta İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Barselona" 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. 

Kataloniya təmsilçisinin rəhbərliyi artıq "Bayer"i razı salıb. O, yayda "Barselona"ya azad agent kimi keçəcək. 

Qeyd edək ki, Ta bu mövsüm Leverkuzen klubunun heyətində 21 oyuna çıxıb, 1 qol vurub. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью