Barselona almaniyalını keçidə razı saldı

05.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bayer"(Leverkuzen) və Almaniya millisinin müdafiəçisi Conatan Ta İspaniyaya yollanmağa hazırlaşır. Sport24.az xəbər verir ki, "Barselona" 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. 

Kataloniya təmsilçisinin rəhbərliyi artıq "Bayer"i razı salıb. O, yayda "Barselona"ya azad agent kimi keçəcək. 

Qeyd edək ki, Ta bu mövsüm Leverkuzen klubunun heyətində 21 oyuna çıxıb, 1 qol vurub. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью