Barselona Alvaresi 20 yaşlı futbolçu ilə əvəzləyəcək

28.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Barselona” klubu İngiltərənin “Bornmut” komandasında çıxış edən Eli Junior Krupinin transferi üçün hərəkətə keçib.

Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisinin müqavilə şərtlərini müzakirə etmək məqsədilə 20 yaşlı fransalı hücumçunun agentləri ilə əlaqə saxladığı bildirilib. “Barselona”nın futbolçunun transferi üçün 100 milyon avro ödəmək imkanının olduğu qeyd edilib.

Krupi İspaniyanın “Atletiko” klubunun argentinalı hücumçusu Xulian Alvaresə alternativ hesab olunur.

“Barselona” rəhbərliyində gənc futbolçunun transferi ilə bağlı fikir ayrılığının olduğu vurğulanıb. Klub daxilində bəzi şəxslər Krupinin baş məşqçi Hans-Diter Flikin oyun sisteminə tam uyğun gəldiyini düşünürlər.

Almaniyalı mütəxəssisin Xulian Alvarezin transferi baş tutmayacağı təqdirdə Krupinin heyətə cəlb olunmasına razılıq verdiyi bildirilir. Flikin hücum xəttində rəqibə fəal pressinq edən futbolçu görmək istədiyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью