Barselona Ansu Fatini bir şərtlə icarəyə verəcək

24.06.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Ansu Fati "Barselona" ilə yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, o, bundan sonra satınalma şərti ilə "Monako"ya icarəyə yollanacaq.

Tərəflər arasında yeni müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulacaq. "Monako"ilə "Barselona" arasında bağlanacaq müqavilədə 28 milyon avroluq satınalma maddəsi yer alacaq. Fatinin iyunun 28-də yeni komandasında tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, Ansu ötən mövsümdə bütün turnirlədə cəmi 11 oyun keçirib. O, bu görüşlərdə iki ötürmə ilə yadda qalıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью