Barselona antirekordunu təkrarladı

11.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" komandası antirekordunu təkrarlayıb.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi 10 ildən sonra bir La Liqa matçında "çərçivə"yə zərbə endirə bilməyib.

Bu, komandanın "Real Sosyedad"a səfərdə uduzduğu qarşılaşmada baş verib.

Sonuncu belə hadisə 2014-cü ildə, "Malaqa" ilə görüşdə (0:0) gerçəkləşib.

Qeyd edək ki, "Barselona" rəqibinə səfərdə 0:1 hesabı ilə məğlub olub. 13-cü dəqiqədə komandanın hücumçusu Robert Levandovski fərqlənsə də, oyundankənar vəziyyət qeydə alınıb. Kataloniyalılar 13 matçdan sonra La Liqada 33 xalla liderdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью