Barselona antirekordunu təkrarlayıb

22.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın "Barselona" klubu antirekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, bu, Kataloniya təmsilçisinin La Liqanın XVIII turunda doğma meydanda "Atletiko"ya uduzması (1:2) ilə reallaşıb.

Komanda yerli çempionatda evdə keçirdiyi ardıcıl üç matçda məğlub olub. 1965 və 1987-ci illərdə də eyni nəticə qeydə alınıb.

Qeyd edək ki, "Barselona" daha əvvəl doğma meydanda "Las Palmas"a (1:2) və "Leqanes"ə (0:1) yenilib. Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv hazırda La Liqada 19 oyundan sonra 38 xalla ikinci pillə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью