Barselona antirekordunu təkrarlayıb

19.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

İspaniyanın "Barselona" klubu ardıcıl doqquz oyunda qol buraxmaqla antirekordunu təkrarlayıb.

"Report" xəbər verir ki, bu, La Liqanın XX turunda "Xetafe" ilə baş tutan görüşdə (1:1) reallaşıb.

Kataloniya təmsilçisi La Liqada ardıcıl doqquzuncu oyunda qapısında top görüb. Belə hal sonuncu dəfə 2018-ci ildə Ernesto Valverdenin rəhbərliyi altında baş vermişdi.

Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 39 xalla üçüncü yerdədir. "Xetafe" isə 20 xalla 16-cıdır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью