Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona" müdafiəçisi Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu məlumatı rəsmi saytı vasitəsilə yayıb.
Arxa xətt oyunçusu müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb. Başqa sözlə, 25 yaşlı futbolçu hələ 7 il də "Barselona"nın uğurları üçün çalışacaq.
Daha öncə uruqvaylının "Yuventus"a keçməyə yaxın olduğu barədə məlumatlar dərc edilmişdi. Sözügedən futbolçunun "Barselona" ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Ronald 2018-ci ildən "Barselona"da çıxış edir. Zədədən əziyyət çəkən Arauxo bu mövsümdə cəmi 2 oyunda meydana çıxıb.