Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Barselona” müdafiəçi Ronald Arauxoya qiymət qoyub.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı futbolçunun satışından 40 milyon avro gəlir əldə etmək istəyir.
Xəbərdə, 26 yaşlı oyunçunun xidmətində “Yuventus”, “Liverpul”, “Çelsi” və “Tottenhem” klublarının maraqlı olduğu bildirilib.
Arauxo cari mövsümdə La Liqada 7 oyuna çıxaraq 1 qol vurub. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, “Liverpul” və “Çelsi” UEFA Çempionlar Liqasında “Qarabağ”la eyni qrupdadır.