“Barselona” argentinalı hücumçunu istəyir

29.01.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Barselona” heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “İnter”də çıxış edən Lautaro Martinesi heyətinə qatmaq istəyir. Rəhbərlik argentinalı forvardı Robert Levandovskiyə alternativ kimi görür.

Martines cari mövsüm Milan təmsilçisinin heyətində 29 oyuna çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью