Barselona Arsenalın əsas yarımmüdafiəçilərindən birini transfer edə bilər

31.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona"nın yaxın vaxtlardakı transfer hədəflərindən biri "Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti ola bilər.

"Report"un "Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, komanda onu gələn yay azad agentə çevriləndən sonra heyətinə qatmağa çalışacaq.

Bu profildən yeni oyunçu axtarışına səbəb “Barselona”nın Frenki de Yonqun oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inanmamasıdır.

De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barsa"ya keçib.

Parti 2020-ci ilin payızında "Atletiko Madrid"dən "Arsenal"a keçib. Bu mövsüm 25 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı 31 yaşlı Partinin 15 milyon avro qiymətləndirir.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью