Barselona Arsenalın yarımmüdafiəçisini hədəfə aldı

31.12.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın təcili transfer hədəflərindən biri "Arsenal"ın yarımmüdafiəçisi Tomas Parteydir.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

İspaniya klubu gələn yay azad agent olacaq futbolçunu transfer etməyə çalışacaq. Yeni oyunçu axtarışına səbəb “Barsa”da Frenki de Yonqa inanmın qalmamasıdır.

Partey 2020-ci ilin payızında "Atletiko"dan "Arsenal"a keçib. Bu mövsüm 25 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью