Barselona Arsenalın yarımmüdafiəçisini transfer edə bilər

02.06.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

"Barselona" "Arsenal"ın yarımmüdafiəçisi Tomas Parteyi transfer etmək üçün danışıqlar aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu qanalı futbolçunu pulsuz transfer etməkdə maraqlıdır.

"Barselona" "Arsenal"la müqaviləsi iyunun sonunda başa çatacaq 31 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə artıq danışıqlar aparıb.

Partey Səudiyyə Ərəbistanı klublarının da marağına səbəb olub, lakin konkret addım atan ilk "Barselona" olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью