Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Siti”nin futbolçusu Rodri karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Barselona” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Mançester Siti” 30 yaşlı oyunçunun satışından 70 milyon avroya yaxın gəlir əldə edəcək. Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.
Rodri əvvəl İspaniyada “Atletiko” və “Vilyarreal”da forma geyinib. O, 2019-cu ildən “Mançester Siti”də çıxış edirdi.
İspan futbolçu “şəhərlilər”lə 196 oyunda 23 qol vurub.