“Barselona” “Atletiko”nu məğlub edərək liderliyə yüksəldi

09.11.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya La Liqasının XII turunda “Barselona” səfərdə Madrid “Atletiko”sunu 2:1 hesabı ilə məğlub edib.

Moderator.az xəbər verir ki, Madriddə keçirilən qarşılaşmada meydan sahibləri 10-cu dəqiqədə Culiano Simeonenin qolu ilə hesabı açıblar.

Kataloniya təmsilçisinin heyətində Fermin Lopes 45-ci və 66-cı dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Barselona” 33 xalla turnir cədvəlinin vahid lideri olub. Ardıcıl yeddi qələbəlik seriyası başa çatan “Atletiko” isə 28 xalla üçüncü pillədə qalıb.

İkinci yerdə 30 xalla Madrid “Real”ı qərarlaşıb. “Barselona” cari çempionatda yeganə məğlubiyyətini məhz “Real”dan alıb.

Növbəti turda, noyabrın 22-də “Barselona” “Vilyarreal”ı qəbul edəcək, “Atletiko” isə səfərdə “Xetafe” ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью