Barselona Avropa Klubları Assosiasiyasına qayıdacaq?

04.10.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona” Avropa Klubları Assosiasiyası ilə münasibətləri bərpa etmək istəyir.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Katoloniya klubunun prezidenti Joan Laporta ECA-nın rəhbəri və PSJ-nin başçısı Nasser Əl-Xelaifi ilə məhsuldar görüş keçirib. Danışıqlar Avropa Superliqasının yaradılması elanından sonra kəsilmiş münasibətləri bərpa etmək məqsədilə aparılır.

Bildirilir ki, Əl-Xelaifi Laportanı Avropa Klubları Assosiasiyasının Baş Assambleyasına (8-9 oktyabr, Roma) dəvət edib.

“Barselona”nın ECA-ya qayıdışı o demək olacaq ki, təşkilatdan kənarda yalnız bir Superliqa təşkilatçısı qalacaq – “Real”.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью