“Barselona” Avropada unikal rekorda imza atıb

01.02.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya çempionatının 22-ci turunda “Elçe” üzərində 3:1 hesablı qələbədən sonra “Barselona” Avropa futbolunda nadir bir nailiyyət əldə edib.

İdman.Biz “OptaJose” portalına istinadən xəbər verir ki, Kataloniya klubunun cari mövsümdə bütün turnirlər üzrə altı futbolçusu ikirəqəmli qol göstəricisinə malikdir. Bu göstərici Avropanın aparıcı liqalarında çıxış edən heç bir klubda qeydə alınmayıb.

“Elçe” ilə oyunda Lamin Yamal, Ferran Torres və Markus Reşford fərqləniblər. İngilis futbolçunun vurduğu qol onun üçün mövsümdə 10-cu olub və bu da onu ikirəqəmli qol sayına çatan oyunçular siyahısına daxil edib.

Hazırda “Barselona”nın ən məhsuldar futbolçuları Ferran Torres (16 qol), Rafinya (13), Lamin Yamal (13), Robert Levandovski (12), Fermin Lopes (10) və Markus Reşforddur (10).

Qeyd olunur ki, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarında çıxış edən klublar arasında bu mövsüm 10 və daha çox qol vuran üçdən artıq futbolçusu olan heç bir komanda yoxdur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью