“Barselona” azarkeşlərinə “Kamp Nou”da əbədi yer ayırır

12.11.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Barselona” azarkeşlərinə “Kamp Nou”da əbədi yer ayırır

“Barselona”nın stadionu "Kam Nou"da vəfat edən azarkeşlər üçün xüsusi xatirə məkanı yaradılır.

QOL.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Buradan klubun üzvü olub-olmamasından asılı olmayaraq, bütün azarkeşlər istifadə edə biləcəklər. Onlar vəfat etmiş yaxınlarının külünü stadiondakı xüsusi bölmədə yerləşdirə və ya mərhumun adını xatirə lövhəsində əbədiləşdirə biləcəklər. İstəyənlər öz adlarını da sağ ikən lövhələrə yazdıra bilərlər.

Memorialın ilk mərhələsinin 2027-ci ilin sonunda, ikinci mərhələsinin isə 2028-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə 1500 kvadratmetr ərazini əhatə edəcək. Burada külün saxlanılması üçün 26 min yer və 9 min xatirə lövhəsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью