“Barselona” Bakıda zədələnən Baldenin diaqnozunu açıqladı

27.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniyanın “Barselona” klubu Bakıda zədələnən müdafiəçisi Alexandro Baldenin son durumu barədə məlumat yayıb.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasında “Sabah”la qarşılaşmada zədələnən futbolçunun sağ ayağının topuq bağlarında yüngül dartılma aşkarlanıb.

23 yaşlı ispaniyalı müdafiəçinin La Liqanın 14-cü turunda “Deportivo” ilə keçiriləcək qarşılaşmada iştirakı bərpa prosesinin gedişindən asılı olacaq.

Balde cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər üzrə altı oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Barselona” - “Deportivo” qarşılaşması noyabrın 29-da keçiriləcək. Kataloniya təmsilçisi 13 turdan sonra 36 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью