Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Sabah"ın rəqibləri bəlli olsa da, azarkeşləri ən çox maraqlandıran məqam matçların dəqiq tarixləridir.
Fanat.Az xəbər verir ki, UEFA tərəfindən turnirin tam matç təqvimi ən gec 29 avqust tarixində rəsmən elan olunacaq.
Çempionlar Liqasının liqa mərhələsinin ilk qarşılaşmaları isə 8–10 sentyabr tarixlərində keçiriləcək.
Məhz təqvim açıqlandıqdan sonra İspaniya giqantı "Barselona"nın Bakıya gələcəyi dəqiq tarix və "Arsenal"la səfər oyununun günü tam dəqiqləşəcək.
Kamil Xudiyev