“Barselona” Baldenin transferi üçün yeni şərt irəli sürüb

28.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona” Aleks Baldenin qış transfer pəncərəsində komandadan ayrılmasına yalnız müdafiə xəttini gücləndirdikdən sonra razılıq verəcək.

İdman.Biz "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubu mərkəzlə yanaşı, müdafiənin sol cinahında da çıxış edə bilən futbolçu transfer etmək istəyir.

“Barselona” rəhbərliyi 23 yaşlı müdafiəçinin gedişini sürətləndirmək niyyətində deyil. Bununla belə, futbolçunun satılması klubun digər transferləri həyata keçirməsini asanlaşdıra bilər.

Baldenin agenti Jorje Mendeş onun başqa komandaya keçməsi üzərində çalışır. İspaniyalı müdafiəçinin xidmətində daha çox “Yuventus” və “Milan” maraqlıdır. “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” də futbolçunun vəziyyətini izləyirlər.

“Barselona” Baldenin satışından təxminən 30 milyon avro əldə etmək istəyir. Kataloniya təmsilçisi futbolçunun maaşının tam qarşılanması şərtilə onu icarəyə vermək variantını da istisna etmir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью