“Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

19.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 aprel, AZƏRTAC

İspaniyanın "Barselona" komandası baş məşqçi Hans-Diter Fliklə müqavilə müddətini uzatmağı planlaşdırır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi almaniyalı mütəxəssisin işindən razıdır və onunla gələn ilin yayında başa çatacaq sözləşməni yeniləmək istəyir.

“Barselona” 60 yaşlı çalışdırıcının rəhbərliyi altında bu ilin yanvar ayında İspaniya Superkubokunu qazanıb. Komanda hazırda La Liqada turnir cədvəlinə başçılıq edir. İspaniya Kral Kubokunun finalında “Real Madrid”lə qarşılaşacaq kollektiv Çempionlar Liqasının da yarımfinalına yüksəlib. Buradakı rəqib İtaliya “İnter”i olacaq.

Qeyd edək ki, Hans-Diter Flik ötən ilin yayından “Barselona”ya rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью