Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilə bağlayacaq.AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər artıq sözləşmə ilə bağlı razılıq əldə ediblər.
Onunla 2026-cı ilin yayında başa çatacaq anlaşma daha bir il müddətinə uzadılıb.Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan "Barselona"nı çalışdırır.
Komanda onun rəhbərliyi altında La Liqada turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.