Barselona baş məşqçisiz qaldı

11.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, İspaniya La Liqasının 16-cı turunda "Betis"lə 2:2 hesablı bərabərliyə razılaşan Kataloniya təmsilçisinin çalışdırıcısı həmin görüşdə hakimlə mübahisə edərək qırmızı vərəqə aldığı üçün 2 çempionat oyununda texniki zonada olmayacaq.

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən cəzalandırılan alman mütəxəssisin 10 gün ərzidə appellyasiya şikayəti vermək hüququ var.

Xatırladaq ki, Flik matçın hakimi Alexandro Ruislə komandasının qapısına penalti təyin edildiyinə görə insident yaşamışdı.

Nihat  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью