“Barselona” “Benfika”, “Bayer” “Atletiko” ilə qarşılaşacaq ÇL

21.01.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start veriləcək.

Metbuat.az xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik edəcəklər.

“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu, “Atletiko” Madrid şəhərində Almaniyanın “Bayer” komandasını sınağa çəkəcək. Fransa təmsilçisi “Lill” isə İngiltərədə “Liverpul”un qonağı olacaq. Hər üç matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VII tur

21 yanvar

21:45. “Monako” (Fransa) - “Aston Villa” (İngiltərə)

21:45. “Atalanta” (İtaliya) - “Şturm” (Avstriya)

00:00. “Liverpul” (İngiltərə) - “Lill” (Fransa)

00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya)

00:00. “Srvena Zvezda” (Serbiya) - PSV (Niderland)

00:00. “Atletiko” (İspaniya) - “Bayer” (Almaniya)

00:00. “Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya)

00:00. “Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)

00:00. “Brügge” (Belçika) - “Yuventus” (İtaliya)

Qeyd edək ki, VII turun növbəti oyunları yanvarın 22-də təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью