Barselona Borussiyaya 15 milyon avro və Ferran Torresi təklif edəcək

06.11.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Borussiya"da çıxış edən Kərim Adeyemini transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.

"Barselona" almaniyalı vinger üçün Dortmund klubuna Ferran Torresi və əlavə olaraq 15 milyon avro təklif edəcək.

Qeyd edək ki, Kərim Adeyemi bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью