futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyanın “Vasko da Qama” klubunun futbolçusu Rayan karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Barselona” 19 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. Kataloniya klubu Rayan üçün 30 milyon avro ödəməyə hazırdır.
Braziliyalı futbolçu bu mövsüm “Vasko da Qama”da 49 oyunda 17 qol vurub.