Barselona braziliyalını vaxtından əvvəl geri qaytarır SON DURUM

17.02.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Betis"də icarə əsasında çıxış edən "Barselona"nın braziliyalı hücumçusu Vitor Roke vaxtından əvvəl Kataloniya klubuna qayıda bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb. 

Mənbənin məlumatına görə, Braziliyanın “Palmeyras” klubu 19 yaşlı forvardın xidmətində maraqlıdır və bu qış futbolçunu almağa hazırdır. "Barselona"nın Rokenin icarəsini bitirmək üçün "Betis" ilə danışıqlara başladığı və hər şey müsbət nəticələnərsə, hücumçunun evə getməzdən əvvəl tezliklə kataloniyalıların düşərgəsinə qayıdacağını bildirilir. 

"Barselona"nın gənc braziliyalının satışından 25 milyon avro qazanmaq istədiyi bildirilir.

Roke bu mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 7 qol vurub və iki məhsuldar ötürmə edib. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью