Barselona bu futbolçular barədə qərar verdi

18.12.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

"Barselona"nın prezidenti Joan Laporta müdafiəçi Ronald Araujo və yarımmüdafiəçi Frenki de Yonqla bağlı qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubunun hər iki oyunçusunun müqaviləsi 2026-cı ilin yayında başa çatır və yeni müqavilə ilə bağlı danışıqlar hələki başlamayıb.

Kataloniya nəhənginin prezidenti uruqvaylı və hollandiyalının müqavilələrini uzadıb "Barselona"da oynamağa davam etməsini istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью