Barselona bu futbolçunun transferində israrlıdır

22.03.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona" mövsümün sonunda "Lill" ilə müqaviləsi bitən Conatan Davidi transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı hücumçunu yay transfer pəncərəsində heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edib. Davidlə həmçinin "Arsenal" da yaxından maraqlanır.

Qeyd edək ki, bu mövsüm ümumilikdə 41 görüşdə 23 qol vurub, 10 asist edib. Conatan 2020-ci ildə "Gent"dən "Lill"ə keçmişdi.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью