Barselona bu gün Arauxo ilə müqavilə yeniləyəcək

23.01.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Barselona"nın müdafiəçisi Ronald Arauxo bu gün klubu ilə müqavilə yeniləyəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, arxa xətt oyunçusu müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atacaq.

Daha öncə 25 yaşlı uruqvaylının "Yuventus"a keçməyə yaxın olduğu barədə məlumatlar dərc edilmişdi. Sözügedən futbolçunun "Barselona" ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью