Barselona bu il Böyük beşlik də məğlub olmayan yeganə komandadır

04.04.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İspaniyanın "Barselona" klubu 2025-ci ildə "Böyük beşlik" çempionatlarında məğlub olmayan yeganə komandadır.

Redaktor.az xəbər verir ki, kataloniyalılar bu il meydana çıxdıqları 21 oyunun heç birində uduzmayıblar.

Komanda cari il keçirdiyi qarşılaşmaların 18-də qələbə qazanıb, 3-də isə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi "Barselona" növbəti oyununu La Liqanın XXX turunda "Betis"ə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью